İran boşluqdan yararlandı: 6 milyard dollarlıq neft ixracıbackend

İran boşluqdan yararlandı: 6 milyard dollarlıq neft ixracı

ABŞ-ın İrana qarşı sanksiyalarının qismən yumşaldıldığı dövrdə Tehran təxminən 70 milyon barel neft ixracı hesabına 5–6 milyard dollar gəlir əldə edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti “United Against Nuclear Iran” qeyri-hökumət təşkilatının məlumatlarına istinadən yazıb.

Məlumata görə, iyunun ortalarından iyulun ortalarınadək İranın neft daşıyan təxminən 20 tankeri Asiya ölkələrinə yola düşüb.

Qəzetin yazdığına görə, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti və neft məhsullarının hasilatı, tədarükü və satışına icazə verən ümumi lisenziya yayımlamışdı. Bu qərar ölkənin neft sektoruna tətbiq olunan sanksiyaların müvəqqəti yumşaldılması kimi qiymətləndirilirdi.

Lakin iyulun 7-də ABŞ Maliyyə Nazirliyi həmin lisenziyanı ləğv edib. Bununla da İrana qarşı neft sektorunda tətbiq olunan sanksiyaların yumşaldılması dayandırılıb və bu sahədə yeni müqavilələrin bağlanması qadağan edilib.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*