Rusiya Türkiyə gəmisini vurdu: daha 4 dənizçinin meyiti tapıldıbackend

Rusiya Türkiyə gəmisini vurdu: daha 4 dənizçinin meyiti tapıldı

İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.

“İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb”, – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.

***

Rusiya Ukrayna sahillərində Türkiyəyə məxsus “GOLDEN LEO” gəmisinə 3 “X-59 /Х -69” qanadlı raketi ilə zərbə endirib. 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*