ABŞ-nin cənub-qərbində yerləşən Arizona ştatının Tuson şəhərində polis şəhər mərkəzində kütləyə atəş açan silahlı şəxsi zərərsizləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The New York Post” qəzeti yayıb.
Nəşrin məlumatına görə, hadisə yerli vaxtla gecə saat 02:00 radələrində İst-Konqres küçəsində insanların sıx olduğu canlı ərazidə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsdən silahı yerə qoyaraq təslim olmasını tələb etsələr də, o, tabesizlik göstərib. Nəticədə polislər ona qarşı xidməti silah tətbiq etmək məcburiyyətində qalıblar.
Qeyd olunub ki, güllə yarası alan şübhəli şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Atışma zamanı ətrafdakı insanlardan 9 nəfərin ağır yaralandığı bildirilir.\\qafqazinfo.az
