Cari ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, onlardan 6-na töhmət və ya şiddətli töhmət verilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.
