İl ərzində dünya əhalisi 66 milyon nəfər artıbbackend

İl ərzində dünya əhalisi 66 milyon nəfər artıb

2023-cü ildə dünya əhalisi demək olar ki, 66 milyon nəfər artıb və hazırda Yer kürəsində 8 milyard 73 milyon 859 min 407 nəfər yaşayır.

KONKRET.az xəbər verir ki, dünya əhalisinin artmasına və 2023-cü ilin sonuna qədər yeni yüksək səviyyəyə çatmasına baxmayaraq, artım tempi yavaşlamağa davam edir.

Dünya əhalisi ən sürətli 1965-1970-ci illər arasında artıb. BMT-nin məlumatına görə, o vaxtdan bəri,  nisbi artım tempi demək olar ki, iki dəfə azalıb.

Bu tendensiyalar regionlar üzrə eyni deyil. DSW-nin hesablamalarına görə, Afrika 2080-ci ilə qədər 2,5 milyard insana ev sahibliyi edəcək – bu, indikindən iki dəfə çoxdur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*