İldırım 12 nəfərin həyatına SON QOYDUbackend

İldırım 12 nəfərin həyatına SON QOYDU

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 2-də iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən yaxın iki gündə ölkənin şərqində hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq edib.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım çaxması nəticəsində 907 nəfər həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*