“İlham Əliyev bizi öz şərtləri ilə razılaşmağa məcbur edəcək” – Vladimir Poqosyanbackend

“İlham Əliyev bizi öz şərtləri ilə razılaşmağa məcbur edəcək” - Vladimir Poqosyan

Ermənistanda yaşanan ümidsizlik özünü cəmiyyətin bütün sferalarında göstərməkdədir. Əhalini ağuşuna almış ruh düşkünlüyü indi özünü həm də siyasi dairələrdə hiss etdirir. Ermənistan mətbuatının da pessimist ovqata köklənməsi isə erməni cəmiyyətinin ruh halı ilə bağlı yekun fikrə gəlməyə yardımçı olur.

Müxalif təhlilçilər baş verənlərdə hazırkı hakimiyyəti ittiham etsələr də, hakimiyyətyönlü politoloqlar hər şeydə Ermənistanın keçmiş iqtidarlarını ittiham edirlər.

Ümumi qənaət isə ondan ibarətdir ki, son 25-30 ildə baş verənlər erməni xalqının ruhunu məhv edib.

KONKRET.AZ-ın xəbərinə görə, erməni siyasi xadim, keçmiş təhlükəsizlik əməkdaşı Vladimir Poqosyan da eyni düşüncədədir:

“Keçmiş hakimiyyətin belə bir şüarı var idi: Ermənistan ermənilər üçün ofisdir. Bəs bu illər ərzində bu xalqın başına nələr gətirdilər? Erməni kişilərini taksi sürücüsünə, qadınları isə otel, ofis və restoran xidmətçilərinə çevirdilər. İndiki mənzərə uzun illər Ermənistanı bu vəziyyətə sürükləyənlərin əsəridir. Xarici turistlər və Ermənistana gələn xaricdəki ermənilər isə bu ölkədə kef çəkib, yeyib-içməklə məşğuldurlar. İndi onlar elə hesab edirlər ki, tezliklə sülh müqaviləsi imzalanacaq. Xeyr, heç bir sülh sazişindən söhbət gedə bilməz. İlham Əliyev sizin şərtlər altında müqaviləyə imza atmayacaq. Bir anlıq özümü Azərbaycan Prezidentinin yerinə qoyuram və fikirləşirəm ki, əgər strateji yüksəkliklər nəzarətim altındadırsa, qarşı tərəfin şərtləri altında müqaviləyə niyə imza atmalıyam? Bu üstünlükləri olan tərəf niyə bizimlə danışmalıdır? O, bizi öz şərtləri ilə razılaşmağa məcbur edəcək”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*