Paşinyan İlham Əliyevlə müqayisədə siyasi baxımdan əhəmiyyətsiz görünür və təbii ki, Vladimir Putin də bunu görür.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Facebook hesabında yazıb.
O, deyib ki, Paşinyan daim Rusiyadan nəsə dilənir:
“Pul və silah verilmirsə – heç olmasa başqasının çətiri altında dayanın. Rusiya üçün Ermənistan qulpsuz çamadandır və biz əminik ki, bu, qiymətli sərvətdir” – deyə Korotçenko bildirib.
Günel Mikayılova,
KONKRET.az
