“Twitter”in yeni sahibi İlon Mask senzura departamentinin rəhbəri Vicaya Qaddeni canlı yayımda xəbərdarlıq etmədən işdən qovub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 30-da bu barədə video yayılıb.
Məlumata görə, Vicaya Qadde “Twitter”də baş məsləhətçi kimi işləyib. Onun səlahiyyətinə dezinformasiyaya qarşı mübarizə kimi məsələlərin həlli daxil olub.
Xatırladaq ki, Vicaya Qadde keçmiş ABŞ prezidenti Donald Trampın Twitter hesabını donduran şəxs olub.
İqbal Rzayev,
KONKRET.az
