İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin şərqindəki Halmahera adasından 149 kilometr şimal-qərbdə baş verib.
6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
