İngilis hərbçi xəbərdarlıq etdibackend

İngilis hərbçi xəbərdarlıq etdi

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin istefada olan marşalı Şon Bell Ukrayna Silahlı Qüvvələri üçün böyük təhlükə barədə xəbərdarlıq edib.

KONKRET.az Sky News telekanalına istinadən xəbər verir ki, Şon Bell əks-hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin ciddi itki verəcəyini bildirib:

“Ukraynanın əks hücum əməliyyatı Rusiya ordusu üçün xüsusi imkanlar yaradacaq”.

Keçmiş marşal təklif edib ki, indi Ukrayna hakimiyyəti ya münaqişəni 2024-cü ilin yazına qədər dondura, ya da sülh danışıqlarına başlaya bilər. Lakin bu variantların hər ikisi böyük risklər daşıyır. Bundan əvvəl Rusiya əsirliyində olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri komandirlərinin qeyri-insani rəftarından şikayətləniblər. Onların sözlərinə görə, hərbçilər cəsədlərinin döyüş meydanına atılması ilə bağlı müqavilə imzalamağa məcburdurlar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*