İngiltərənin xarici işlər naziri Türkiyəyə səfər edəcəkbackend

İngiltərənin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ankaraya səfər edəcək.

KONKRET.az xəbər verir ki, səfər zamanı Kleverli Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər lə görüşlər keçirəcək.

Danışıqlar əsasən ölkələr arasında ticarətin artırılması, regional təhlükəsizliyin təmin edilməsi və terrorizm, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Bildirilir ki, Kleverli Türkiyənin Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq səylərinə yüksək qiymət verəcək, həmçinin Ukrayna münaqişəsinin nəticələrini müzakirə edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*