Bakıda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən 1989-cu il təvəllüdlü Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən A.Xasməmmədovaya şərti cəza verilib və p məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.
İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb. Məhkəmə istintaqında onlar şikayətçi olmadıqlarını deyiblər
