“İnsanlara ümid verin, ruhlandırın ki, Qarabağdan köçməsinlər” – Akopyanbackend

"İnsanlara ümid verin, ruhlandırın ki, Qarabağdan köçməsinlər" - Akopyan

“Xilas etmək istədiyiniz bu ölkə yazıq deyilmi?”

KONKRET.az xəbər verir ki, bu barədə “Yerevan.Today” saytının baş redaktoru Sevak Akopyan özünü facebook səhifəsində yazıb. O, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış separatçılara müraciət edib.

“Mən “Arsax” “prezidenti” Arayik Arutyunyan və “dövlət naziri” Artak Beqlaryandan soruşmaq istəyirəm: 2 iyun hansı tarixi qeyd etməli idiniz?

Deyim ki, bu, “Arsax Respublikası”nın Dövlət Bayrağı Günüdür.

Tarix 1992-ci il iyunun 2-də “Arsax” Ali Sovetinin qərarı ilə ölkə Konstitusiyasında müəyyən olunub və təsdiq edilmişdir.

Onların bundan xəbəri yoxdur?

“Nə “Arsax” prezidentinin və dövlət nazirinin rəsmi səhifələrində, nə də facebook səhifələrində təbrik mesajları yoxdur. Evliliyinin beşinci ildönümünü təbrik edən Artak Beqlaryan “Arsax” üçün belə mühüm bayramı “unudub”.

Necə oldu ki, təbrik etmədilər?

Və ya bəlkə təbriklərin olmaması sadəcə unutqanlığın nəticəsidirmi? Bəlkə də Nikoldan qorxurlar. Çünki bizdə faktlar var ki, Ermənistanda “Arsax” bayrağının qaldırılması təhlükəli hərəkət və qəhrəmanlıq addımı olub. “Arsax”ın bayrağı Milli Məclisin tribunasından, meydandan və nazirliklərdən sökülür.

Ermənistanda bir aydan artıq davam edən mübarizə “Arsax”ın bayrağı ilə bağlıdır. “Arsax” Respublikasının xanımları və cənabları, bütün bunlardan xəbəriniz varmı? “Arsax”dakı bu əlaltılar hər fürsətdən istifadə edərək xalqlarını ruhlandırmalıdırlar, hər bayramı qeyd etməlidirlər, insanlara ümid verməlidirlər, onlara təsəlli verməlidirlər ki, köçməsinlər, öz torpaqlarında qalıb yaşasınlar. Amma hər şeyin əksi baş verir. Belə bir etinasızlıq nümayiş etdirilir.

Yaxşı, xilas etmək istədiyiniz bu ölkə yazıq deyilmi?”, – deyə Akopyan yazıb.

Akopyan nə yazır-yazsın, faydası yoxdur! Yəqin ki, Arayik də, Artak da artıq başa düşürlər ki, bu torpağın bir bayrağı var!  Azərbaycan öz ərazilərinə özü nəzarət edir, bayrağımız da əbədi yüksəlib və hər yerdə dalğalanacaq!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*