İnternetdə intim xidmət təklif edən qızlar qarət edildibackend

İnternetdə intim xidmət təklif edən qızlar qarət edildi

Rusiyanın Tümen vilayətində internetlə intim xidmət təklif edən qızlar qarət edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qızlar bununla bağlı polisə müraciət ediblər.

Belə ki, iki qız internet vasitəsilə intim xidmətlə bağlı elan yerləşdirib. 24 və 22 yaşlı iki kişi elanla bağlı onların yaşadığı evə gəlib. Evə daxil olan həmin şəxslər qızların üzünə gözyaşardıcı qaz püskürdərək saçlarından sürüyüblər və qiymətli əşyalarını tələb ediblər.

Nəticədə, onlar qızlardan 100000 (2,650 AZN) məbləğində iki smartfon, 50000 (1,325 AZN) rubl alaraq gediblər. Polis qısa müddətdə həmin şəxsləri tutub. Məlum olub ki, onlar telefonları satıb, pulun bir hissəsini xərcləyiblər. Həmin şəxsləri 10 ilə qədər həbs gözləyir.

Eyni zamanda, sosial şəbəkə vasitəsilə intim xidmət təklif edən qızlar barəsində inzibati protokol tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*