İran ABŞ ilə danışıqlara hazır olduğunu açıqladı – Hörmüz boğazı üçün 7 ŞƏRTbackend

İran ABŞ ilə danışıqlara hazır olduğunu açıqladı – Hörmüz boğazı üçün 7 ŞƏRT

İran Hörmüz boğazının açılması məsələsi ilə bağlı ABŞ ilə danışıqlara hazırdır. Lakin razılığın əldə olunması üçün Vaşinqton Tehranla anlaşmaya gəlmək istiqamətində siyasi iradə nümayiş etdirməlidir.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Iran” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Tehranın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Hörmüz boğazının açılması üçün İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməlidir.

Əraqçi vurğulayıb ki, İran tərəfi həmin şərtlərin həyata keçirilməsi mexanizmlərini ABŞ nümayəndələri ilə müzakirə etməyə hazırdır.

“Əgər amerikalıların bu şərtlərin yerinə yetirilməsi yolları ilə bağlı öz təklifləri və baxışları varsa, biz dialoqa hazırıq”, – deyə nazir qeyd edib.

Beləliklə, Tehran Hörmüz boğazının açılması ilə bağlı mümkün razılaşmanı irəli sürdüyü tələblərin yerinə yetirilməsi ilə əlaqələndirir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*