Nazir həmkarının ürəyini əməliyyat etdi – FOTO backend

Nazir həmkarının ürəyini əməliyyat etdi - FOTO 

Qırğızıstanın səhiyyə naziri Damir Osmanov başqa bir nazirin ürəyində əməliyyat keçirib.

KONKRET.az  lent.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Osmanov sosial şəbəkə hesablarında paylaşıb.

Onun sözlərinə görə, həmkarına stent qoyulub və bu, infarktın qarşısını almağa kömək edib.

Lakin o, əməliyyat edilən nazirin adını bildirməyib.

Xatırladaq ki, ixtisasca kardioloq olan D.Osmanov bu ilin fevralın sonunda səhiyyə naziri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*