İran-Əfqanıstan sərhədində qanlı qarşıdurma: 6 ölübackend

İran-Əfqanıstan sərhədində qanlı qarşıdurma: 6 ölü

İranın Əfqanıstanla həmsərhəd bölgəsində vəziyyət yenidən gərginləşib. Sərhədi qanunsuz yollarla keçməyə cəhd edən silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında baş verən atışma itkilərlə nəticələnib.

KONKRET.az İran mediasına istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin Əfqanıstanla sərhəd xəttində, xüsusilə Zabol bölgəsində qeydə alınıb. İran Polis Komandanlığının (FƏRACA) Zabol Sərhəd Mühafizəsinin komandiri Əliəkbər Cavidan hadisə barədə rəsmi məlumat yayıb.

Komandirin sözlərinə görə, Əfqanıstan istiqamətindən gələrək İran ərazisinə sızmağa çalışan naməlum silahlı qruplaşma üzvləri ilə ərazidə xidmət aparan sərhədçilər arasında kəskin atışma baş verib. Silahlı qarşıdurmanın gedişində hücum edən tərəfdən 6 nəfər məhv edilib. Cavidan iddia edib ki, zərərsizləşdirilən həmin qrup birbaşa sərhəd mühafizəsinin yerli qərargahına qarşı irimiqyaslı və koordinasiyalı hücum həyata keçirməyi planlaşdırırmış. Öldürülən şəxslərin kimliyi, vətəndaşlığı və onların hansı terror qruplaşmasına və ya radikal hərəkata mənsub olduqları barədə hələlik rəsmi məlumat açıqlanmayıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*