İran Ermənistana yardım təklif etdibackend

İran Ermənistana yardım təklif etdi

İranın Ermənistandakı səfiri Mehdi Sobhani ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryana su anbarlarının tikintisinə köməklik təklif edib.

KONKRET.az xəbər verir ki,bu barədə Ermənistan KİV-i nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səfirin sözlərinə görə, Ermənistan zəngin su ehtiyatlarına malikdir və İran su anbarlarının tikintisi təcrübəsi baxımından dünyanın ilk on ölkəsi sırasındadır və Ermənistan üçün faydalı ola bilər. Səfir nazirliyin su anbarlarının tikintisi ilə bağlı hansı proqramları olduğunu soruşub.

Terteryan eyni zamanda bildirib ki, Ermənistan bu və digər sahələrdə İranla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*