İran hökuməti Hollandiya vətəndaşına 5 il həbs cəzası VERDİbackend

İran hökuməti Hollandiya vətəndaşına 5 il həbs cəzası VERDİ

İran hökuməti Hollandiya vətəndaşına 5 il həbs cəzası verib.

KONKRET.az xəbər verir ki, Evin zindanında cəza çəkən daha bir Avropa vətəndaşının şəxsiyyəti müəyyən edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, Kes Lenon Borx adlı Hollandiya vətəndaşı “İranın milli əmniyətinə qarşı əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum olunub.

Onunla bərabər, İran məhkəməsi habelə Polşa Universitetinin professoru Maçiyay Valsakı da 3 il həbs cəzasına məhkum edib.

Hələlik məsələ ilə bağlı İranın rəsmi mediası və səlahiyyətliləri hər hansı açıqlama verməyiblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*