SEPAH 50 kiloqramlıq döyüş başlığı ilə təchiz edilmiş yüksək dəqiqliyə malik uzaqmənzilli kamikadze pilotsuz uçuş aparatını sınaqdan keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Bu pilotsuz təyyarə gənc mütəxəssislər tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş SEPAH Quru Qoşunlarının bir sıra kamikadze dronlarından biridir”, – məlumatda deyilir.
Qeyd olunur ki, pilotsuz uçuş aparatı “Merac-532” adlanır:
“Cihazın birtərəfli uçuş məsafəsi 450 km-dir. PUA 50 kiloqramlıq döyüş başlığı ilə təchiz edilib”.
