Rəisi İsrailə qarşı “vahid cəbhə” yaratmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilir ki, İran prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsəd və Əlcəzair prezidenti Əbdülməcid Tebbun ilə telefon danışığı zamanı İslam ölkələrini İsrailə qarşı birləşməyə çağırıb.
İran mediasının məlumatına görə, Rəisi həmkarları ilə söhbətləri zamanı “İslam ölkələrinin sionist rejimə qarşı vahid cəbhəsinin yaradılmasının zəruriliyini” vurğulayıb.
Tebbun, “məzlum Fələstin xalqının təqva və ibadət ayı olan Ramazan ayında sionist rejimin vəhşiliyindən əziyyət çəkdiyini” qeyd edərək, razılaşıb.
Əlcəzair lideri ümidvar olduğunu bildirib ki, İran İslam ölkələrinin əməkdaşlığı ilə “Fələstin xalqını sionistlərin boyunduruğundan azad edəcək”.
Bundan əlavə, Rəisi Bəşər Əsədlə söhbətində qeyd edib ki, “sionist rejimin cinayətləri onun zəifliyi və çarəsizliyinə dəlalət edir”.
Xuraman Etibarlı,
KONKRET.az
