İran Qüdslə Ər-Riyadın yaxınlaşmasına qarşı çıxdıbackend

İran Qüdslə Ər-Riyadın yaxınlaşmasına qarşı çıxdı

“İran Qüdslə Ər-Riyad arasında münasibətlərin normallaşması perspektivindən narazıdır”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla İranın ali dini lideri Əli Xamenei çıxış edib.

O, bölgədəki problemin qonşu ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılması ilə həll olunacağı fikrinin reallıqla heç bir əlaqəsinin olmadığını deyib.

“Bəziləri hesab edir ki, region ölkələrini İsraillə münasibətləri yaxşılaşdırmağa məcbur etməklə problemi yoluna qoymaq olar. Ancaq əsil həqiqət budur – Fələstin fələstinlilərə qaytarılmalıdır”, – Xamenei bildirib.

Bu açıqlama Bayden administrasiyasının Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşması əldə etmək üçün səylərini əsirgəməyəcəyinə dair xəbərlər fonunda verilib. Təklif olunan razılaşmaya ABŞ-la təhlükəsizlik paktı, mülki nüvə yardımı və İsrailin diplomatik tanınması daxildir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*