“Gözlər hər şeyi deyir. Putin kimi adamın üzünə: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb, … burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” ifadələrini söyləmək həqiqətən də Azərbaycanın artıq əvvəlki Azərbaycan olmadığını deməyə ciddi əsas verir. Yəni cənab prezident bəyan etdi ki, Xənkəndində nə şou göstərsəniz də, bizim sözümüz qətidir”.
KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib. Ekspert çətir məsələsinə də toxunub. O bildirib ki, “Paşinyan sizinlə yox, mənimlə – mənim çətirimin altındadır” mesajını verən Putinin Qərbə verdiyi mesajın heç bir önəmi yoxdur.
“Mənə görə ən önəmli olan cənab Prezidentin görüşdən əvvəl və sonra gözlərindəki ifadədir. Belə görüşlər zamanı cənab Prezidentin simasına diqqətlə baxmaq, gözlərindəki ifadəni duymaq, yazılan bütün xəbərlərdən daha çox məlumat verir. Bu gün də onun gözlərində olan ifadə ilə söylədiyi ifadə tam olaraq üst-üstə düşürdü. Əslində İran rəhbərliyi də Azərbaycanın mövqeyindən dönməyəcəyini bildiyi üçün bu görüşdən sonra Paşinyanı İrana çağırıb. Görünən odur ki, Paşinyan hara getsə də, kimin çətirinin altına girsə də, Azərbaycanı ədalətli və haqq mövqeyindən kimsə döndərə bilməyəcək” – Eldəniz Əmirov əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
