“Ölkədə insanlar o qədər narazıdırlar ki, bir dövlət məmuru görəndə ona hücum çəkirlər”.
KONKRET.az xəbər verir ki, bunu Tehran Şəhər Şurasının üzvü Nasir Əmani deyib. O, ölkədə xalqın narazılığının kəskin artdığını vurğulayaraq deyib ki, əhali həddən artıq əsəbi və narazıdır. Bir dövlət məmuru görəndə ona hücum edirlər. O dərəcədə ki, insanların bəzi sözlərini senzura etməyə məcburam, çünki dilə gətirmək mümkün deyil.
O, üzünü Tehran Şəhər Şurasının sədri Mehdi Çəmrana tutaraq bildirib: “Şəhər Şurasının təşkilat və insan resursları komitəsinin məsul şəxsi kimi mən bələdiyyə işçiləri tərəfindən tənqid və hücumlara məruz qalıram və mənə çoxlu mesajlar gəlir”.
Qeyd edək ki, son aylar İranda yoxsulluq, işsizlik səbəbindən etirazların sayı və miqyası artıb. Xalqın səsinə isə İran hökuməti polis dəyənəyi və güllə ilə cavab verir.
Xuraman Etibarlı,
KONKRET.az
