İranın Əfqanıstanla sərhəd bölgəsi Zabolda silahlı şəxslərlə sərhədçilər arasında qarşıdurma olub.
KONKRET.az xəbər verir ki, bu barədə Zabol Sərhəd Mühafizəsinin komandiri Əliəkbər Cavidan deyib.
Onun sözlərinə görə, Əfqanıstandan İrana keçmək istəyən silahlı qrupla atışma nəticəsində 6 silahlı öldürülüb.
Öldürülənlərin kimliyi və hansı qruplaşmaya bağlı olduqları haqda məlumat verilməyib.
