İran Ukraynanın Rusiyaya hərbi yardımla bağlı ittihamlarına CAVAB VERDİbackend

İran Ukraynanın Rusiyaya hərbi yardımla bağlı ittihamlarına CAVAB VERDİ

İran Ukraynanın Rusiya Federasiyasına hərbi yardımla bağlı ittihamlarına cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaniyə istinadən məlumat yayıb. O,  Ukraynanın Rusiyaya kamikadze dronları satması ilə bağlı ittihamlarını rədd edib və “üçüncü ölkələrin təsirindən” danışıb.

Kənani İran və Ukrayna arasında diplomatik münasibətlərin korlanmasından təəssüfləndiyini bildirib.

“Bu qərar təsdiqlənməmiş xəbərlərə əsaslanır”,- o deyib.

Eyni zamanda, İran Rusiyanın başlatdığı müharibədə guya neytrallığa sadiq qalacağına inandırılıb və XİN rəhbəri “böhranın həllinə kömək etmək” məqsədilə Rusiya xarici işlər naziri ilə bir sıra görüşlər keçirib.

İran Xarici İşlər Nazirliyi Ukrayna hökumətinə “iki ölkə arasında münasibətləri pozmağa çalışan üçüncü ölkələrin təsirindən qaçmağı” tövsiyə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*