İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslaminin iştirakı ilə İsfahan şəhərində yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlanılıb.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, İsfahan şəhərində yaradılacaq yeni nüvə tədqiqat reaktoru 20 faiz zənginləşdirilmiş nüvə yanacağından istifadə edilən və 10 meqavatlıq hovuz tiplidir.
Bildirilib ki, tikilən reaktor nüvə yanacağının sınaqdan keçirilməsi, neytron şüalarının tədqiqi və inkişafı, tibbi və sənaye radioizotoplarının istehsalı üçün istifadə olunacaq.
