“İrana ərazi bütövlüyümüzü dəstəklədiyinə görə təşəkkür edirik”- Erməni rəsmisibackend

"İrana ərazi bütövlüyümüzü dəstəklədiyinə görə təşəkkür edirik"- Erməni rəsmisi

“Biz İrana Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinə görə təşəkkür edirik”.

KONKRET.az xəbər verir ki, KTMT-nin Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak edən İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini və onu müşayiət edən nümayəndə heyəti Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Safaryan ilə görüşüb.

Görüşdə İran parlamentinin rəsmisi iki ölkə arasında siyasi, parlament, iqtisadi və mədəni sahələrdə əlaqələri müsbət qiymətləndirib.

“İki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi mövcud imkanlara uyğun deyil. Əməkdaşlığın və əlaqələrin inkişafı üçün yeni yol xəritəsi hazırlanmalıdır”, – İran rəsmisi deyib.

Onun sözlərinə görə, iki ölkə arasında Qara Dənizi Fars Körfəzi ilə birləşdirən Cənub-Şimal dəhlizinin yaradılması planı regionun iqtisadi inkişafı prosesində çox səmərəli olacaq.

Öz növbəsində Ermənistanın İranla münasibətlərinin artan tendensiyasına toxunan Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Safaryan da qeyd edib:

“Biz İran İslam Respublikasının Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndiririk. İranın regional iştirakını konstruktiv və bütün region üçün sülh və sabitliyin qorunması naminə vacib hesab edirik”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*