İranda 5.7 bal gücündə zəlzələ baş verib.
KONKRET.az-ın İran mediasına istinadla məlumatına görə, İranın Hormozqan əyalətinin Bəndər-Xəmir bölgəsində 5.7 bal gücündə zəlzələ meydana gəlib.
Zəlzələ o qədər güclü olub ki, hətta Dubayda da hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xuraman Etibarlı,
KONKRET.az
