İranda azərbaycanlı kinorejissor həbs edilib.
KONKRET.az xəbər verir ki, bunu İran məhkəmə sisteminin nümayəndəsi Məsud Stayeşi deyib.
O bildirib ki, Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Pənahi toplantılar təşkil etmək və milli təhlükəsizlik əleyhinə cinayət törətməkdə təqsirli bilinərək 6 il müddətinə həbs edilib.
İyulun 11-də o, İran prokurorluğuna əvvəllər həbs edilmiş digər rejissor Məhəmməd Rəsulofun işi üzrə ifadə verməyə gəlib və orada saxlanılıb.
Qeyd edək ki, 2010-cu ildə Pənahi hökumət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə həbs edilib. O, bir neçə il ev dustağı olsa da, film çəkməyə davam edirdi.
Xuraman Etibarlı,
KONKRET.az
