İranda qadınlara qarşı təzyiqlər artır: Onları “ağıllı” kameralar izləyəcəkbackend

İranda qadınlara qarşı təzyiqlər artır: Onları "ağıllı" kameralar izləyəcək

İranda hicab taxmayan qadınlar “ağıllı” kamera sistemi ilə müəyyən ediləcək.

KONKRET.az xəbər verir ki, “Mizan” agentliyinin məlumatına görə, vətəndaşlarla hər hansı gərginliyin yaşanmaması üçün təhlükəsizlik qüvvələri tərəfindən yeni bir tədbir görülüb.

Bildirilir ki, ictimai yerlərdə və küçələrdə quraşdırılacaq bu kameralar vasitəsilə hicab tələbinə əməl etməyənlərin kimliyi müəyyən ediləcək, onlara xəbərdarlıq mesajı göndəriləcək.

Məlumatda məcburi geyim qaydalarına qarşı çıxmağın ölkənin imicinə xələl gətirdiyi xüsusilə vurğulanaraq, vətəndaşlardan polislə münasibətlərə xələl gətirən addımlardan çəkinmələri xahiş olunub.

Xatırladaq ki, 17 sentyabr 2022-ci ildə Məhsa Eminin ölümündən sonra Sakkız şəhərində başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara səbəb olub.

Aylarla davam edən aksiyalar zamanı 500-ə yaxın nümayişçi həlak olub, yüzdən çox təhlükəsizlik işçisi həyatını itirib.

Ölkədə Məhsa Eminin ölümünə etiraz edən və məcburi geyim qaydalarına qarşı çıxan minlərlə insan saxlanılıb.

Kütləvi nümayişlərin başa çatmasına baxmayaraq, İranın bir çox bölgələrində qadınlar ictimai yerlərdə, ticarət mərkəzlərində, kafelərdə, banklarda, məktəblərdə və küçələrdə başlarını örtməyərək etirazlarını davam etdirirlər.

Sevinc Paşayeva,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*