İrandan xüsusi məlumatları müxaliflərə ötürən parlament üzvünün oğlu həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış iranlı jurnalist və sosioloq Abbas Əbdi özünün Tvitter səhifəsində yazıb.
İran parlamentinin üzvü, ölkənin mühüm hakimiyyət qurumlarından sayılan Məsləhət Şurasının üzvü Mustafa Mirsəlimin oğlu müxalif Xalq Mücahidləri Təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib.
“Bu, İranın siyasi strukturunda və mühafizəkarlar arasında mövcud olan ən dağıdıcı ayrı-seçkiliklərdən biridir. Nəinki bu barədə susublar, hətta onu ört-basdır etməyə çalışıblar. Amma bundan da kiçik bir şey onların tənqidçiləri tərəfdə baş versəydi, aləmi bir-birinə qatardılar”, – deyə o yazıb.
İran parlamentinin keçmiş üzvü, SEPAH-ın sabiq generalı, hazırda Məclis sədrinin müşaviri Mənsur Həqiqətpurun isə dünən mətbuata verdiyi müsahibədə ötən ilki prezident seçkilərində parlamentin keçmiş sədri Əli Laricaninin namizədliyinin qızı xaricdə yaşadığı üçün Nəzarət Şurası tərəfindən təsdiq edilməməsini xatırladıb.
O, bildirib ki, bunlar müqayisə olunmaz məsələlərdir: “Laricaninin qızı ərinin icazəsi ilə xaricə gedib, amma Mirsəlimin oğlu ölkə barədə məlumatları Mücahidlərə ötürüb”, – deyə Abbas Əbdi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
