İranda COVID-19-dan ölənlərin sayı 5 minə çatdıbackend

İranda COVID-19-dan ölənlərin sayı 5 minə çatdı

İranda 19 fevraldan bu günәdәk koronavirus (COVID19) nәticәsindә 4 958 nәfәr ölüb.

KONKRET.az məlumat verir ki, bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda 89 nәfәrin bu virusdan ölmәsi öz tәsdiqini tapıb.

O әlavә edib ki, ötәn sutka ərzində daha 1 499 nәfәrin koronavirusa yoluxması ilә İranda yoluxanların sayı 79 494 nәfәrә yüksәlib. Onlardan 3 563 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 54 064 nәfәrin müalicә olunaraq sağaldığını deyib. İndiyәdәk 319 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*