İranın cənubundakı Fars əyalətinin Darab, Neyriz və İstihban şəhərlərində qəfil başlayan leysan yağışları daşqınlara səbəb olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Fars vilayətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Xəlil Abdullahi açıqlama verib.
Bildirilib ki, İstihban şəhərində güclü yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 5 nəfərin həyatını itirib, 12 nəfərin isə yaralanıb.
Bölgəyə 9 təcili yardım qrupu göndərilib. Axtarış-xilasetmə qrupları bölgədə işlərini davam etdirir.
İqbal Rzayev,
KONKRET.az
