İranda qadın oğlan doğmadığı üçün əri tərəfindən vəhşicəsinə öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hengaw” insan haqları saytı məlumat yayıb. Sayt Kirmanşah əyalətinin Dalaho şəhərindən olan 46 yaşlı Qülcəmin Nəcəfinin oğlan övladı dünyaya gətirmədiyi üçün iyulun 10-da Əliağa Rzayi adlı əri tərəfindən öldürüldüyünü yazıb.
Məlumata görə, 3 qız anası olan xanım Nəcəfi həmişə əri tərəfindən oğlu olmaması bəhanəsi ilə alçaldılıb və təzyiqlərə məruz qalıb. Bu basqılara görə o, evdən çıxıb atasının evinə getməyə məcbur olub.
Xanımı getdikdən sonra Rzayi qaynatasının evinə gedərək onu evə qaytarıb, daha sonra arvadına ağır əşya ilə zərbə endirərək öldürüb.
Xuraman Etibarlı,
KONKRET.az
