İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.
KONKRET.az xəbər verir ki, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıblar.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.
İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.
21:22
Cənubi Azərbaycanın Məhabad şəhərində etiraza qalxan xalq İranın dövlət binalarına girib.
KONKRET.az xəbər verir ki, kütləvi etirazlar ötən gün baş verən aksiyaların qurbanlarından biri olan İsmail Moloudinin dəfn mərasimindən sonra başlayıb.
Samko kimi tanınan İsmayıl Molodinin cənazəsi bu gün dəfn olunduqdan sonra Məhabadda hökumət əleyhinə şüarlar səsləndirilib. İnsanlar şəhərin qubernatorluğuna daxil olaraq, onu yandırıblar. Maliyyə idarəsinin də xalqın əlinə keçdiyi deyilir. İnsanlar yardım komitəsinə hücum edib. Etirazçılar SEPAH-a məxsus “Koroosh” mağazasını da yandırıblar.
Son məlumatlara görə, silahlı qüvvələr xalqa atəş açıb. Xəsarət alanların sayının çox olduğu bildirilir.
