İranda HƏBS DALĞASI – Yanğınlara görə 2 nəfər saxlanıldıbackend

İranda HƏBS DALĞASI - Yanğınlara görə 8 nəfər saxlanıldı

İranda ölkənin cənubundakı Bəndər Abbas limanındakı partlayışlarla əlaqədar 2 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki. bu haqda İranın SNN xəbər agentliyi məlumat yayıb.

Son rəsmi məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 57 nəfər olub, onlardan 46-nın cəsədi müəyyən edilib, qalan 11 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Aprelin 26-da İranın cənubundakı Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib. Rəsmi məlumatlara görə, ölənlərdən başqa 1300 nəfər də yaralanıb. Partlayışdan sonra baş verən yanğın yalnız aprelin 28-i axşam saatlarında tamamilə söndürülüb. Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Momeni hadisənin ilkin səbəbinin səhlənkarlıq və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi olduğunu bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*