İranın Mazandaran əyalətinin Amol şəhərində “Bəsic” xalq könüllüləri dəstəsinin iki üzvü öldürülüb.
KONKRET.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mazandaran vilayətinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ruhullah Sələqi bildirib.
O, “Bəsic” üzvlərinin terror əməliyyatında vurulduğunu bildirsə də, hadisənin təfərrüatlarını açıqlamayıb.
İqbal Rzayev,
KONKRET.az
