İranda polis maşınlarına hücum edilib, 6 nəfər ölübbackend

İranda polis maşınlarına hücum edilib, 6 nəfər ölüb

İranda polis maşınlarına hücum edilib, ölənlər var.

KONKRET.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhəri yaxınlığında silahlı şəxslər polis avtomobillərinə hücum edib.

Hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.

“Tasnim” isə 6 polis əməkdaşının həlak olduğunu yazıb. İki polis əməkdaşı isə yaralanıb.

“Ceyş Əl-Ədl” terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*