İranda qatar relsdən çıxdı – Azı 17 nəfər öldübackend

İranda qatar relsdən çıxdı - Azı 17 nəfər öldü

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

KONKRET.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.

Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artcağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*