İranın İlam əyalətində silahlı şəxs dövlət idarəsində insanları girov götürüb, 3 nəfəri öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə İlam əyalətinin eyniadlı şəhərində silahlı şəxsin İslam İnqilabı Sosial Müdafiə Fondunun idarəsində insanları girov götürməsi ilə başlayıb.
Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib. Silahlı şəxs insanlara atəş açaraq azı 3 nəfəri öldürüb, 5 nəfəri yaralayıb.
Məlumata görə, insanları girov götürən şəxs özünü öldürüb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.//APA
