İranda tibb işçilərinin və akademiklərin 53%-dən çoxu ölkəni tərk etmək istəyirbackend

İranda tibb işçilərinin və akademiklərin 53%-dən çoxu ölkəni tərk etmək istəyir

İran Miqrasiya Mərkəzinin yeni sorğusunun nəticələri göstərir ki, hazırda tələbələrin 40%-i, universitet professorları və tədqiqatçıların 53%-i, həkim və tibb bacılarının isə 45%-i arasında ölkəni tərk etmək istəyi çox yüksəkdir.

KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, İrandan mühacirət etmək istəyinin əsas amilləri ölkədəki “iqtisadi qeyri-sabitlik”, “idarəetmə tərzindən narazılıq” və “ölkənin gələcəyinə ümidsizlik”lə bağlıdır.

Belə ki, İran Miqrasiya Mərkəzinin “bəzi sosial qruplar arasında mühacirətin əsas göstəricilərinə baxış” adlandırdığı sorğuda 3000-ə yaxın tələbə, tibb işçisi, universitet professoru və startap fəalı onlayn sorğu suallarını cavablandırıb.

2013-2020-ci illər arasında universitet tələbələri və məzunları arasında keçirilən sorğuda 2000-dən çox insan anketi cavablandırıb ki, onların da 57%-i kişi, 43%-i qadındır. Ümumi nəticələr göstərir ki, tələbələrin 40%-i “olduqca çox”, 7%-i isə “çox az” mühacirətə meyllidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*