İrandan dünyanı heyrətə gətirən ADDIM: Nüvə ilə bağlı elə qərar verdi ki…backend

İrandan dünyanı heyrətə gətirən ADDIM: Nüvə ilə bağlı elə qərar verdi ki...

İran İsfahan əyalətindəki nüvə obyektində iridium heksaflorid (IRF6) istehsal xəttini işə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın nüvə texnologiyaları sektoru üçün əhəmiyyətli bir inkişaf İsfahandakı Şəhid Rəisi Nüvə Müəssisəsində (UCF) iridium heksafluorid (IRF6) istehsal xəttinin açılması olub. Açılış mərasimində İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami, həmçinin nüvə sənayesinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Yeni yaradılmış IRF6 istehsal xətti müxtəlif tibbi və sənaye tətbiqləri üçün mühüm komponent olan IR-191 izotopunu zənginləşdirmək və ayırmaq üçün istifadə olunacaq.

Bu qabaqcıl istehsal xəttinin işə salınması ilə İran iridium heksaflorid (IRF6) istehsal edən azsaylı ölkələrdən birinə çevrilib. İran mediası yazır ki, bu nailiyyət ölkənin daxili imkanlarını gücləndirməklə yanaşı, digər dövlətlərə də potensial ixrac üçün qapılar açır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*