İranda hicabsız qadınlar ictimai nəqliyyata buraxılmır.
KONKRET.az xəbər verir ki, bununla bağlı İsfahan metro dayanacaqlarının girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq lövhələri vurulub.
Bildirilir ki, aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmir.
İranda məcburi hicab qaydalarını riayət etməyən qadınlara qarşı təzyiqlərin güclənməsi narazılıqlara və insidentlərə səbəb olur.

Xuraman Etibarlı,
KONKRET.az
