İranın Almaniyadakı Səfirliyinin qarşısında etirazçılara hücum edildibackend

İranın Almaniyadakı Səfirliyinin qarşısında etirazçılara hücum edildi

Maskalı şəxslər İranın Berlindəki səfirliyinin qarşısında dinc aksiya keçirənlərə hücum ediblər.

KONKRET.az-ın məlumatına görə, maskalı şəxslər aksiyaçılara hücum edib, onların şüarlarını əllərindən almağa cəhd ediblər.

Yaranan qarşıdurmada xəsarət alan 3 aksiya iştirakçısı xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxslər avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar. Polis hadisəni araşdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*