İranlı general Azərbaycanla sərhədə gəldibackend

İranlı general Azərbaycanla sərhədə gəldi

İranlı general Azərbaycanla sərhədə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İranın Sərhəd Qoşunlarının komandanı, general Əhməd Əli Qudərzi Azərbaycanla həmsərhəd olan Xudafer rayonuna səfər edib.

General İran sərhədlərində tam təhlükəsizlik olduğunu iddia edib.

“Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşır, Ermənistanla Azərbaycan arasında mövcud problemin diplomatik yolla həllinə ümid edirik.

Dünyada gedən müharibələr, qan tökülmələri heç bir fayda gətirməyib. Problemi həll etmək üçün regionda təhlükəsizliyin təmin edilməsini istəyirik və tövsiyə edirik.

Bəzi qonşularımızın problemi var. Biz sülhün bərqərar olması və sərhədlərin təhlükəsizliyinin qorunması üçün əlimizdən gələni edəcəyik”, – Qudərzi deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*