İraq DİN-dən dəhşətli olayla bağlı açıqlamabackend

İraq DİN-dən dəhşətli olayla bağlı açıqlama

Bağdad xəstəxanasında onlarla insanın həyatına son qoyan yanğın üç dəqiqə ərzində yayılıb və insanların qaçması üçün heç bir fürsət olmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, İraq paytaxtının cənub-şərqindəki “İbn əl-Xətib” xəstəxanasında baş verən faciənin cinayət tərkibi yoxdur:

“Bu, səhlənkarlıqdan qaynaqlanan bir qəza idi”.

Qeyd edək ki, Bağdadda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğın nəticəsində 90 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*