İrəvan: “Ermənistan-Azərbaycan danışıqlar prosesi dalana dirənməyib”backend

İrəvan: “Ermənistan-Azərbaycan danışıqlar prosesi dalana dirənməyib”

“Ermənistan-Azərbaycan danışıqlar prosesi dalana dirənməyib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Danışıqlar prosesinin dalana dirəndiyinə inanmıram, xüsusən də Ermənistan tərəfinin fəal siyasəti və fəal beynəlxalq təmaslar sayəsində biz prosesi hamı üçün məqbul olan hansısa məntiqə gətirmişik”, – deyə Simonyan bildirib. .

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Aİ Şurasının sədri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında oktyabrın sonuna planlaşdırılan görüş baş tutmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*