“İrəvan hökumətinin yeni qərarı ilə Putin Ermənistanda həbs oluna bilər” – Erməni mediasıbackend

"İrəvan hökumətinin yeni qərarı ilə Putin Ermənistanda həbs oluna bilər" - Erməni mediası

Ermənistan Haaqanın orderi ilə Putini həbs edəcək ölkələrə qoşulub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin Parlament tərəfindən ratifikasiyasını təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı Ermənistanın BCM-yə qoşulmasına yol açır.

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, həbs oluna bilər.

Artıq Cənubi Afrika Respublikasının hakimiyyəti bu narahatlığı keçirir.

Belə ki, Cənubi Afrika Respublikasının (CAR) xarici işlər naziri Naledi Pandor Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqustunda həmin ölkədə keçiriləcək BRİKS sammitinə dəvət olunduğunu təsdiqləyib.

Hələlik Kreml Rusiya liderinin iştirakını rəsmi şəkildə şərh etməyib.

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı narahatlıq doğursa belə, BRİKS liderlərindən biri olan prezident Putin sammitə dəvət olunur”, – deyə nazir bildirib.

CAR Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalayan və ratifikasiya edən dövlətlərdən biridir.

Putinin səfəri halında ölkə BCM-nin yurisdiksiyasına tabe olmalı və onu həbs etməlidir.

Bu səfər Rusiyanın Ukraynaya təcavüzünü pisləməyən Cənubi Afrika Respublikasının hakimiyyətini çətin vəziyyətə salacaq.

Xatırladaq ki, Ermənistan hökuməti 2022-ci ilin sonunda bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Erməni hökumətinin fikrincə, Nizamnamənin tanınması məsələsinə müraciət Azərbaycanı “hərbi cinayət”lərə görə məsuliyyətə cəlb etmək imkanının olması ilə bağlıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*